Şənbə , İyul 20 2024
azfa

Urmiya gölünün quruyacağı təqdirdə Təbrizin əhalidən boşalacağına etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rəsimisi etiraf edib ki, Urmiya gölünün quruyacağı təqdirdə Təbriz əhalidən boşalacaq.

İranın keçmiş kənd təsərrüfatı naziri və Ətraf Mühit Təşkilatının keçmiş rəisi İsa Kəlantəri Urmiya gölünün quruyacağı təqdirdə Təbrizin tamamilə əhalidən boşaldılmalı olacağını etiraf edib.

O bu məsələnin 1 trilyon dollara başa gələcəyini söyləyib.

Mətbuata müsahibə verən İsa Kələntəri deyib: “Urmuiya gölü bərpa edilməsə İranda heç bir hökumət davam gətirə bilməz. Siz milyonlarla insan köçünün dalğasının qarşısında dayana bilməzsiniz. İran hökuməti bacarıqsızlıq ucbatından gölü qurutduğu üçün neçəyə başa gəlməsindən asılı olmayaraq onu bərpa etməyə borcludur. Urmiya gölü bərpa olunmasa milyonlarla insanın həyatı təhlükəyə düşəcək”.

Kələntəri bundan öncə su qaynaqlarının yanlış idarəçiliyi nəticəsində gölün quruması ilə bağlı edilən xəbərdarlıqlar barədə danışıb və bütün bunlara baxmayaraq hökumətin vaxtında tədbir görmədiyini deyib.

Qeyd edək ki, irqçi fars rejim qəsdən Urmiya gölünə axan çayların qarşısında bənd çəkməklə gölü qurudur. Gölün quruması ilə Güney Azərbaycanı xarabaya çevirəcək.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …