
GADTB: Yeni yayılan görüntülər göstərir ki, Urmiya gölünün keçən il hələ də su olan quzey hissəsi indi tamamilə quruyub.
Ətraf mühit fəalı Möhsün Qasid iyun ayında Urmiya gölünün hazırkı durumunun görüntülərini yayaraq, gölün quruması prosesinin sürətləndirilməsi ilə bağlı xəbərdarlıq edib. Peyk və çöl görüntülərinin müqayisəsi göstərir ki, ötən ilin iyun ayında gölün 35 santimetrə qədər su olan quzey hissəsinin böyük hissələri indi tamamilə quruyub.
Yayımlanan görüntülər arasında əvvəllər dayaz su içində qalan və hazırda tamamilə quru ilə əhatə olunmuş “Həmzə” gəmisinin vəziyyəti böhranın daha dərin olduğunu göstərir.
Bu arada isə İran rəsmilərinin Urmiya gölünün qəsdən qurudulması fəlakətinin simvollarından birinə çevrilən bu gəmiyə İran bayrağını sancması diqqət çəkir.