Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Urmiya gölünün sahəsi daha da azalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün sahəsi daha da azalıb.

Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru Məcid Dəstgahi Urmiya gölünün sahəsinin 210 kvadrat kilometr azaldığını bildirib.

Dəstgahi deyib ki, bu il aprelin 5-də gölün su olan ərazisi 1140 kv.km təşkil edib. Ötən ilin uyğun dövründə isə bu göstərici 1350 kv.km olub.

Məcid Dəstgahi Urmiya gölündə suyun həcminin azaldığını da söyləyib: “Hazırda suyun həcmi 1,63 milyard kubmetrdir. 2018-ci ilin hesabat dövründə isə bu göstərici 1,8 milyard kubmetr idi”.

Dəstgahi Urmiyə gölünün ölçüsünün azalmasının əsas amilləri arasında bu ilin aprel ayında keçən illə müqayisədə yağıntının 49,6 faiz azalması olduğunu söyləyib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …