
GADTB: Urmiyanın millət vəkili Salman Zakir parlamentin açıq iclasında Vətəndaş Vəziyyəti Qeydiyyatı İdarəsinin uşaqlara və mağazalara türk adlarının verilməsinə qarşı çıxmasına etiraz edib.
Zakir İran Daxili İşlər Naziri və Vətəndaş Vəziyyəti Qeydiyyatı İdarəsi rəsmilərinə xitabən deyib: “Uşaqlarımıza, dükanlarımıza etnik qrupların və dillərin terminləri, titulları, adları qoymağın nə qəbahəti var? Uşaqlarımıza sadə və mürəkkəb türk adlarının verilməsi sosial vəziyyətə uyğun deyilmi? Yeri gəlmişkən, bu, türkcə mədəniyyəti, adət-ənənəni və dilin özünü gücləndirir.”
Qeyd edək ki, Vətəndaş Vəziyyəti Qeydiyyatı İdarəsi bu yaxınlarda “Ayhan, Elhan, Orhan, Əlihan, Əlişan, Elara, Elana, Elay və s. məşhur türk adını “İcazə Verilən Adlar Siyahısı”ndan çıxarıb. Təşkilatın statistikasına görə, bu adlar əvvəlki illərdə valideynlərin ən çox bəyəndiyi və tez-tez seçdiyi adlar sırasında olub.
Eyni qurumun statistik məlumatlarına görə, Ayhan adı Şərqi Azərbaycan vilayətində 2023 və 2024-cü illərdə və 2023-cü ildə Zəncan vilayətində ən məşhur ad olub. Eyni ad Qərbi Azərbaycan vilayətində ikinci ən məşhur ad, Ərbildə əyalətində dördüncü ən məşhur ad olub.
Vətəndaş Vəziyyəti Qeydiyyatı İdarəsi Elman, Elşən, Elyar, Eldar və başqa çox sayda türk adını “samit səsi var” bəhanəsi ilə qadağan olunmuş adlar siyahısına salıb və bu türk adlarına doğum haqqında şəhadətnamə verməkdən imtina edir, türkcə olmayan adlar “Maidə”, “Faizə”, “Faiqə” kimi adlara isə şəhadətnamə problemsiz verilir.
Video: