
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində tibb işçiləri etiraz aksiyasına başlayıblar.
Xomeyni adına Xəstəxananın narazı tibb işçiləri qeyri-kafi dolanışıq şəraitləri və molla rejimi tərəfindən heç bir qayğı göstərilməməsi səbəbindən etiraza qalxıblar. Onlar gördükləri işin qarşısında ehtiyaclarını ödəyəcək səviyyədə əmək haqqı almalarını tələb ediblər.