Cümə axşamı , Oktyabr 1 2026
azfa

Urmiya şəhərinə yeni bələdiyyə başçısı seçilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fevral ayının 27-də Urmiyaya Şəhər Şurasının toplantısında Urmiyaya yeni bələdiyyə başçısının seçilməsi üçün səsverməolub.

Keçirilən səsvermə nəticəsində bu vəzifəyə namizəd olan 8 nəfər arasında Məcid Aqazadə Həbəşi səs çoxluğu ilə seçilib və Urmiya şəhərinin yeni bələdiyyə başçısı olu.

Səsvermədə Şəhər Şurasının 11 üzvündən 8-i Ağazadənin lehinə, 2-i əleyhinə səs verib. 1 nəfər isə tərəfsiz qalıb.

Məcid Ağazadə Həbəşidən başqa bu vəzifəyə Peyman Aramun, Bəhmən Əyar Rzayi, ismayıl Qulamhüseyni, Kazım qənizadə, Əliəkbər Cavanmərd, Həsən Heydəri və Hüseyn Mehdizadə namizədliklərini irəli sürmüşdülər. Seçilən yeni bələdiyyəbaşmısı Salmas şəhərindəndir.

Qeyd edək ki, keçmiş bələdiyyə başçısı Məhəmməd Həzrətpurun saxlanılması, dindirilməsi və vəzifədən azad edilməsindən sonra bələdiyyə başçısının səlahiyyətlərini keçici olaraq “Qulamrza Ədldust” yerinə yetirirdi.

Həmçinin yoxlayın

Abbas Lisaninin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Yayılmış məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin 11-ci ayında hələ …

Həmədandan olan azərbaycanlı şair və yazıçı Məhəmməd Xəlili vəfat edib

GADTB: Şair, yazıçı, tərcüməçi və İran Yazıçılar Birliyinin üzvü Məhəmməd Xəlili  uzun sürən xəstəlikdən sonra …