Cümə axşamı , İyul 25 2024
azfa

Urmiya və Aral gölləri barədə çəkilən “Ekizlər” filmi Kanada festivalında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı rejissorun Urmiya və Aral gölləri barədə çəkdiyi “Ekizlər” sənədli filmi Kanada Film Festivalının ən yaxşı film mükafatına namizəddir.

Urmiya və Aral göllərinin məhv olmasını əks etdirən sənədli filmin rejissoru və ssenari müəllifi Güney Azərbaycandan olan Məhəmməd Alimuradidir. Film Kanadanın Kibek ştatının film festivalında ən yaxşı film mükafatına namizəddir.

Sənədli filmdə Aral və Urmia göllərinin qurumasının yaratdığı ekoloji fəlakətdən, ərazidə yaşayan əhalinin həyatında yaratdığı fəsadlardan bəhs edilir.

Sənədli film 2013-2017-ci illər arası Güney Azərbaycan və Qazaxıstanda çəkilib.

Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin çəkdiyi həmin film Qazaxıstan, İran, Azərbaycan və Fransada ətraf mühit festivallarında nümayiş etdirilib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …