GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya zindanında həbsdə olan 35 yaşlı Əmir Rzayi rejimin məmurları tərəfindən döyülərək amasızcasına qətlə yetirilib.
İnsan Haqları Təşkilatlarının yaydığı məlumatda bildirilir ki, öldürülən məhbus təxminən 10 il öncə uyuşdurucu maddələrlə bağlı təqsirləndirilərək həbs edilib.
Həmin şəxs 20 il həbs cəzasına məhkum edilmişdi. Məhbus zindanın mərkəzi gözətçi bölməsində 4 zindan gözətçisi tərəfindən dəyənəklə döyülüb.
Əmir Rzayi aldığı xəsarətlərdən yerindəcə keçinib. Urmiyada aidiyyatı orqanları həmin şəxsin ölümü ilə bağlı açıqlama verməyiblər.