GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Urmiya şəhərində Məysəm Şirini və Rəsul Əsədzadəni yaxalayıb.
Məlumata görə, Məysam Şirini Urmiya həbsxanasına köçürülüb, Rəsul Əsədzadənin isə hara aparıldığı barədə məlumat yoxdur.
Rejimin təhüləkəsizlik qüvvələri hər iki milli fəalı həbs edərkən, onların evlərində şəxsi əşyalarını və elektron cihazlarını müsadirə ediblər.
Qeyd edək ki, Meysəm Şirini bundan əvvəl, 2022-ci ilin noyabr ayının 16-da həbs edilib və bir müddət sonra girov qarşılığında sərbəst buraxılıb.