Urmiyada azərbaycanlı milli fəallardan molla rejimin ayrı-seçkilik siyasətinə etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən Güney Azərbaycan Milli Hərəkatının fəalları Urmiya şəhərində İran hökumətinin yürütdüyü ayrı-seçkilik siyasətinə, ölkədə hökm sürən böhranlara etiraz olaraq vərəqələri yayıblar.

Şəhərin ictimai yerlərinə yapışdırılan vərəqələrdə molla rejimin Azərbaycanda törətdiyi ekoloji problemləri də insanların diqqətinə çatdırıblar.

Etiraz vərəqələri “İran coğrafiyası=ayrı-seçkilik coğrafiyası” başlığı bəzədilib. Divarlara yapışdırılan etiraz vərəqələrində həmçinin aşağıdakı şüarlar yazılıb:

“Urmiya gölünün quruması”; “Hur əl-Əzim bataqlığının quruması”; “Yüz illik bəluç əzabları”; “Qeyri-fars millətlərini xilas etməyin yeganə yolu istiqlaldır!”; “İnsanlara azadlıq, millətlərə istiqlal!”; “Azadlıq, Ədalət, Milli Hökumət!”.

Həmçinin yoxlayın

İran İsraildən intiqam əvəzinə bir yəhudi milyarderin gəmisini ələ keçirdi

GADTB: İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirməkdə ittiham olunur. Bu barədə …

Şorabil gölündə çirklənmə nəticəsində balıqlar məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, baxımsızlıq nəticəsində Ərdəbilin Şorabil gölünün çirklənmə və ekoloji …