Çərşənbə axşamı , Noyabr 18 2025
azfa

Urmiyada mühacir kürdlər əhali və türistlərə hücum edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu kürdlər Güney Azərbaycanın Urmiya şəhəri yaxınlığında yerləşən “Xan dərəsi” təbiət parkında qarşıdurma yaradıb.

Bir qrup mühacir kürd bölgəyə istirahətə gedən yerli azərbaycanlı ailələrə hücum eddərək, qadın və uşaqlara qarşı zorakılıq törədiblər.

Mühacir kürdlər ailələri təhqir edib, azərbaycanlılardan parkı tərk etmələrini istəyiblər.

Qeyd edək ki, “Xan dərəsi” bölgənin ən gəzməli və görməli yerlərindən biri olduğu üçün, buraya çox sayda xarici və yerli turist gəlir.

Bundan öncə 1980-ci ildə silahlı kürd qruplaşmaları Əbdülrəhman Qasımlunun başçılığı ilə kürd terrorçuları burada da azırbaycanlılara qarşı qətliam törətmişdilər.

Həmçinin yoxlayın

Evin həbsxanasında Tahir Nəqəvi və Vədud Əsədiyə dəstək məqsədilə Murtəza Pərvinin rəsm sərgisi keçirilib

GADTB: Siyasi məhbus, təsviri və səhnə sənətləri üzrə tanınmış azərbaycanlı rəssam Murtəza Pərvinin bir günlük …

Tahir Nəqəvinin anası: “Xalqdan istəyirəm ki, susmasınlar”

GADTB: Evin həbsxanasında saxlanılan və Vədud Əsədi ilə birlikdə aclıq aksiyasında olan azərbaycanlı vəkil Tahir …