Şənbə , Oktyabr 24 2026
azfa

Urmiyada mühacir və terrorçu kürdlər futbol oyunu zamanı Azərbaycana qarşı ərazi iddiası irəli sürüblər

GADTB: Urmiyada “Hor spor” və “Neft-i Məscid Soliman” komandaları arasında baş tutan futbol qarşılaşması zamanı “Horspor” komandasının azarkeşləri “Urmiya Kürdüstandır” və “Yaşasın Kürdüstan” şüarları səsləndiriblər.

Oynuu məqsədli şəkildə izləməyə gələn terrorçu kürdlərin üzlərində İraq Kürd bölgəsinin bayrağı da görünüb.

Maraqlıdır ki, Qərbi Azərbaycan Əyalət Şəbəkəsi ölkənin birinci liqasının zirvəsində yer alan Urmiyanın Doxsan komandasının oyunlarını işıqlandırmasa da, dördüncü divizionda yer alan “Hor spor” komandasının oyununu canlı yayımlayıb, bu sadə örnək İranın anti-türk rejiminin Qərbi Azərbaycandakı terrorçu qruplaşmalara dəstək verdiyini bir daha sübut edir.

Qeyd edək ki, Horspor komandasının loqosu İraqın Kürd bölgəsinin bayrağındakı günəş simvolundan, Horspor komandasının adı isə kürd və farsca günəş mənasını verən “Horşid” sözündən götürülüb.

İran rejimi Qərbi Azərbaycandakı kürdləri açıq şəkildə dəstəkləməklə, türklərin gücünü zəiflədərək, Güney Azərbaycan türkləri ilə Türkiyə türkləri arasında sədd yaratmağa çalışır.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …