Şənbə , Noyabr 15 2025
azfa

Urmiyada Urmiya gölünün qurudulmasına etiraz: Türklər qiyama qalxın

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində Urmiya gölünün qurudulması və rejimin ekoloji fəlakətə laqeyd münasibətinə etiraz olaraq posterlər yapışdırılıb və etirazlara çağırış edilib.

Urmiyada divarlara yapışdırılan posterlərdə Azərbaycan türkləri qiyama çağırılıb.

Həmçinin iyulun 26-da təbrizli fəallar ictimai yerlərdə Urmu gölü mövzusunda çap edilmış yüzlərlə poster yayıblar.

Posterlərdə Urmu gölü fotosunun üzərində “Azərbaycan dur səs ver, Urmu gölünə nəfəs ver” məzmunlu sözlər yazılıb.

Qeyd edək ki, son günlər Təbriz, Ərdəbil, Urmu və başqa şəhərlərdə ekologiya və milli-mədəni  sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.

Molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Kuzey Kıprıs Türk Cumhuriyyətinin Cumhuriyyət bayramı tədbirində-Video

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) …

Azərbaycan Rusiyaya nota verdi

GADTB: Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə …