Urmiyadakı İmam xəstəxanasının tibb bacılarının etirazları ikinci gündür davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyada İmam Xəstəxanasının tibb işçiləri və tibb bacıları borcların ödənilməməsinə etiraz olaraq aksiya keçiriblər.

Toplaşan işçilər yığılıb qalan ödənişlərin və tələblərinin ödənilməməsi və digər çatışmazlıqlara etirazlarını bildiriblər.  Tibb bacıları həmçinin əmək haqlarının az olmasına və lazımi qədər artırılmamasına öz etirazlarını bildiriblər.

Qeyd edək ki, tibb bacıları molla rejimi tərəfindən ən çox zülmə məruz qalan işçilərdir. Onlar bu səbəbdən kütləvi şəkildə ölkəni tərk edirlər.

Həmçinin yoxlayın

İran İsraildən intiqam əvəzinə bir yəhudi milyarderin gəmisini ələ keçirdi

GADTB: İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirməkdə ittiham olunur. Bu barədə …

Şorabil gölündə çirklənmə nəticəsində balıqlar məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, baxımsızlıq nəticəsində Ərdəbilin Şorabil gölünün çirklənmə və ekoloji …