Bazar ertəsi , İyul 26 2021
azfa

Urmiyadan əl-Əhvaz etirazlarına dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyul ayının 19-da Güney Azərbaycanın Urmiya şəhərində azərbaycanlı milli-mədəni fəallar əl-Əhvaz etirazlarına dəstək aksiyası keçiriblər.

Ərədilin ardınca iyul ayının 19-da azərbaycanlı fəallar Urmiya şəhərinin müxtəlif bölgələrində yaydıqları və yapışdırdıqları posterlərlə etirazçılarla həmrəy olduqlarını bildiriblər.

Posterlərdə ərəblərin simvolu olan çəfiyə ilə yanaşı son illər etiraz simvolu kimi qəbul edilən Abbas Lisaninin simvolik görüntüsü təsvir olunan posterdə onun “Öz xalqlarının azadlığı, həqiqət uğrunda mübarizə aparan hər bir şəxs harada olmalarından asılı olmayaraq bizim mübarizə yoldaşlarımızdırlar” sözləri yazılıb.

Həmçinin bir çox poster və divar yazılarında istifadə olunan “Arxandayıq Əl-Əhvaz”, “Ürəyimiz sizinlədir” şüarları posterlərdə öz əksini tapıb.

Həmçinin yoxlayın

İran rejimi Ərdəbildə Pərviz Siyabini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycan şəhərlərində azərbaycanlı milli …

Güney Azərbaycanın siyasi təşkilatlarının 24 iyul etirazları ilə bağlı bəyanatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın siyasi təşkilatları və qurumları iyulun 24-də …