Cümə axşamı , Aprel 24 2025
azfa

Urmiyadan qayıdarkən azərbaycanlı cütlük həbs edilib

K GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya Təbriz yolunda azərbaycanlı fəallar Ulduz Qasimi və Əmir Səttari molla rejimin məmurları tərəfindən həbs ediliblər.

Azərbaycanlı milli fəallar 2025-cü il martın 2-i şənbə günü Urmiyada keçirilən mitinqə qatılmaq üçün Təbrizdən Urmiyəyə getdikləri ehtimal edilir. Onlar evlərinə qayıdan zaman rejimin ETTELAAT agentləri tərəfindən nəzarət-buraxılış məntəqələrinin birində həbs edilərək naməlum bir yerə aparılıblar.

Qeyd edək ki, İran rejimi açıq şəkildə kürd terror qruplarına dəstək verməklə, onları Qərbi Azərbaycana köçürüb, Qərbi Azərbaycanı kürdləşdirmək, Güney Azərbaycan türkləri ilə Türkiyə və Azərbaycan Cümhuriyyətləri arasında mühacir kürdlərdən ibarət bufer zona yaratmağa çalışır.

Həmçinin yoxlayın

Rubio: “İranın uranı zənginləşdirmək icazəsi olmayacaq”

Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib ki, İran dinc nüvə proqramına malik ola …

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …