Cümə axşamı , Dekabr 2 2021
azfa

Urmiyalı millət vəkilindən Azərbaycanın talanması və əhalinin yoxsuluqda olduğuna etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyalı millət vəkili Ruhullah Həzrətpur İran hakimiyyətinin əhalidən ayrıldığını və əhalinin hakimiyyətə etimadının itdiyinə toxunaraq Güney Azərbaycan mədənlərinin İran rejimi tərəfindən talandığına etiraf edib.

Həzrətpur Məclisdə çıxışında ölkənin böyük mədənlərinin Azərbaycan əyalətlərində yerləşməsinə rəğmən, bölgə əhalisinin yoxsul yaşadığını deyib.

“Mən, kənddə doğulmuş azərbaycanlı Ruhullah Həzrətpur atamın vəsiyyətinə uyğun olaraq danışıram və Allah şahiddir ki, bu iftixarlı türk ləhcəmlə əzab çəkmiş xalqımın tərəfindən çıxış edəcəm”, – o deyib.

 Azərbaycan vilayətlərində suyun qiymətinin bahalığının əkinçiliyə mənfi təsirindən danışan Həzrətpur Urmiya gölünün quruması və məsulların yalan vədlərini də xatırladıb.

Qeyd edək ki, Güney Azərbaycanda, hətta Yaxın Şərqdə ən böyük mədənlərin yerləşməsinə və istismar olunmasına rəğmən, bölgə əhalisi İran hökumətinin etnik ayrıseçkilik və müstəmləkə siyasəti nəticəsində ağır şəraitdə yaşayır.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …