Urmiyalı milli fəallar: “Biz sifarişli seçkilərdə iştirak etməyəcəyik!”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalları dünən Urmiya şəhərində 6 prezidentliyə namizədin məlum olması ilə seçki oyununda iştirak etməyəcəklərini bildiriblər.

Artıq Urmiya şəhərində azərbaycanlı fəallar geniş şəkildə etiraz vərəqələri paylayaraq seçkiləri boykot etməyə çağırıblar.

İctimai yerlərə yapışdırılan etiraz vərəqələrində yazılıb: “Biz yaxşı bilirik ki, sağlam, şəffaf və rəqabətli seçkilər vasitəsilə siyasi iştirak demokratik sistemin vacib alətlərindən biridir, ancaq onun yanında hüquq, fikir və ifadə, partiya və təşkilatların azadlığı, dinc aksiyaların və mətbuat azadlığı olmalıdır, eləcə də məhkəmələr müstəqil keçirilməlidir”.

Azərbaycanlı milli fəallar İranda yaşayan etnik xalqların, ən əsas da Güney Azərbaycan millətinin hüquqlarının tanınmadığını və onlara hörmət edilmədiyini də vurğulayıblar. Onlar ayrı-seçkilik üzündən seçki şousuna qatılmayacaqlarını qeyd ediblər.

Qeyd edək ki, molla rejimi əhalini seçki oyunu üçün cəlb etmək üçün azərbaycanlı namizədi də seçki oyununa buraxıb. Lakin məqsəd rejimin özünə saxta legitimlik qazandırmasıdır.

Həmçinin yoxlayın

İki türk ölkəsi Azərbaycan və Qazaxıstanın hərbçiləri görüşdü

GADTB: Azərbaycanla Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan …

“Traxtur”un çempionluğu münasibətilə 200 məhbus azad edildi

GADTB: Güney Azərbaycanın “Traxtur” komandasının çempionluğu münasibətilə Təbriz, Zəncan, Urmiya və Ərdəbil şəhərlərinin həbsxanalarında saxlanılan …