GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən 2018-ci il noyabr ayının 11-də Urmiyada Urmiyanın 90 komandası ilə Şirazın Qaşqay türklərinə məxsus komandasının yarışı türk birliyi mərasiminə çevrilib.
Yarışdan öncə türk həmrəyliyi nümayiş etdirmək üçün “Türk-türk” şüarı səsləndirilib. Həmçinin bu istiqamətdə “Azərbaycan elimdi Qaşqayi sevgilimdi” şüarı səsləndiriblər.
Azərbaycanlı tərəfdarlar həmçinin türk dilinin məktəb və universitetlərdə tədrisi tələbilə “Türk dilində mədrəsə-olmalıdır hər kəsə” şüarı səsləndiriblər.