Şənbə , Noyabr 14 2026
azfa

Urmuda divarlara şüarlar yazıldı; “Urmu gölü can verir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində azərbaycanlı fəalların Urmiya gölü ilə bağlı etiraz şüarları yazması davam edir.

Azərbaycanlı milli-mədəni fəallar bu məqsədlə Urmiya şəhərində divarlara Urmiya gölünün qurudulmasına etiraz olaraq şüarlar yazıblar.

Urmiyada divarlara “Urmu gölü can verir” və “Urmu gölünün quruması Azərbaycanın məhv olması deməkdir” şüarları yazılıb.

Qeyd edək ki, son dövrlərdə Urmiya gölünün acınacaqlı vəziyyəti barədə yayılan görüntülər və mütəxəssislərin Urmiya gölünün tamamilə məhv ola biləcəyi ehtimalı barədə səsləndirdikləri fikirlər, eləcə də hökumətin bərpa işlərinə məsuliyyətsiz yanaşması əhalinin ciddi etirazına səbəb olub.

Azərbaycanlı fəallar bununla bağlı bəyanat yayaraq İran rejiminə ciddi xəbərdarlıq ediblər.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …