
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, uyğur türklərini soyqırıma məruz qoyub məscidlərini dağıdan Çin Kommunist rejimi İranın ərazi bütövlüyünü qorumaqda qətiyyətlə dəstəkləyəcəyini və İrana istənilən xarici müdaxiləyə qəti şəkildə qarşı çıxacağını bildirib.
Çinin Baş naziri Li Qianq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının 22-ci iclası çərçivəsində İranın birinci vitse-prezidenti Məhəmməd Möhbərlə görüşündə deyib.
“Çin İranın milli suverenliyini, ərazi bütövlüyünü və milli ləyaqətini qorumaqda qətiyyətlə dəstəkləməyə davam edəcək və İranın daxili işlərinə müdaxilə edən hər hansı xarici qüvvəyə qəti şəkildə qarşı çıxacaq”, – Baş nazir qeyd edib.