GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Vərziğan şəhərinin Məzirə Şadi Qızıl Mədəninin işçiləri etiraz aksiyası keçiriblər.
Vərziğan şəhəri qubernatorluğunun binası qarşısına toplaşan işçilər 8 il çətin iş şərayitinə baxmayaraq hüquqlarının təmin edilməməsinə etiraz ediblər.
İşçilər bildiriblər ki, onlar 8 ildir işlədikləri qızıl mədənində qanuni hüquqları təmin olunmayıb. Həmçinin onların siğorta məsələləri də həll edilməyib.
Eyni zamanda işçilər son vaxtlar heç bir təzminat ödənilmədən iş yerlərindən qovulduqlarını, əlaqədar dövlət qurumlarnın bununla bağlı tədbir görmədiyindən narazılıqlarını ifadə ediblər.