GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vərziğanın Süngün Futsal komandası ilə İsfahanın Giti Pəsənd İsfahah komandası arasında baş tutan yarışda toqquşma olub.
Bu gün İranda Futzal oyunları üzrə Premyer Liqasının 6-cı həftəsində İsfahanın Azadi Zalının ev sahibliyi ilə “Giti Pəsənd İsfahah” və Şərqi Azərbaycan əyalətinin “Mis Süngün Vərziqan” komandaları üz-üzə gəliblər.
Məlumata görə, yerli vaxtla 15:00-da başlayan qarşılaşmada iki oyunçu arasında münaqişə yaranıb və nəticədə komandaların bəzi oyunçuları bir-birilərinə hücum ediblər.