Vərziğanlılar Əndərian Qızıl mədənində ekoloji fəlakətə etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bazar günü Əndərin kəndində yerləşən qızıl mədəninin törətdiyi ekoloji fəlakətə ətraf kəndlərin əhalisi etiraz edib. Qızıl mədəninin qarşısına toplaşan Azərbaycan türkləri bu mədəndi idarə edən podratçı şirkətin istehsal üçün zəhərli sianor maddəsindən düzgün istifadə etmədiyini və ekoloji fəlakətə səbəb olduğunu qeyd edirlər. Məlumata görə, bölgənin yeraltı və yerüstü suları çirklənib, burada yaşayan insanların və başqa canlıların həyatı təhlükəyə düşüb.

Əhalinin daha öncə etirazı nəticəsində mədənin fəaliyyəti dayandırılmalı idi. Lakin rejim sözünü tutmayıb. Son zamanlar işçilərin zəhərlənməsi və bölgədə yaşayan quşların ölümündən sonra əhalinin etirazı artıb.  3 gün öncə isə mədəndə işləyən bir Qazaxıstan vətəndaşı zəhərlənib.

Azərbaycanlıların etirazından sonra mədənin fəaliyyəti müvəqqəti olaraq dayanıb. Tehrandan komissiya gələrək mədənin vəziyyətini yoxlayacağı bildirilir.

Qeyd edək ki, İran rejimi Azərbaycanın yeraltı mədənlərini müsəmləkəçi siyasətlə boşaldır və yerli əhaliyə ancaq ekoloji fəlakət miras qoyur. Hətta Azərbaycan türklərinin nadir hallarda həmin mədənlərdə fəhlə kimi işləməsinə icazə verilir. Bu isə əsil müstəmləkəçi siyasətin göstəricisidir.

Həmçinin yoxlayın

Erməni lobbisi fəaliyyəti nəticəsində 60 konqresmen Azərbaycana qarşı çağırış etdi

GADTB: ABŞ Nümayəndələr Palatasının 60 üzvü ABŞ Dövlət katibi Marko Rubioya çağırış edib. Demokrat Frenk …

Güney Kiprdə Türkiyə əleyhinə yeni terror təşkilatı yaradıldı

GADTB: Güney Kiprdə “İnqilabçı Azadlıq Mübarizəçiləri Hərəkatı” adlı yeni terror təşkilatı yaradılıb. Bu barədə Türkiyə …