Cümə axşamı , Sentyabr 17 2026
azfa

Vəkil və hüquq müdafiəçisi Yılmaz Mehrəlibəylinin istintaq iclası keçirilib

GADTB: Vəkil və milli fəal Yılmaz Mehrəlibəylinin istintaq iclası 17 azar 1404-cü il, bazar ertəsi günü Culfada rejimin Prokurorluğunun Birinci İstintaq Şöbəsində keçirilib.

Məlumata görə, Mehrəlibəyli iclasda ona qarşı irəli sürülən “ictimai rəyi çaşdırmaq” ittihamı üzrə ifadə verib. Bu ittihama əsas göstərilən məqam, edam cəzasına məhkum edilmiş tələbə Ehsan Fəridinin vəziyyəti ilə bağlı yayımladığı məlumatlar olub. Bildirilir ki, ittihamın mahiyyəti əvvəlki işlə eyni olduğu üçün yeni açılan iş əvvəlki materiallarla birləşdirilib.

Xatırladaq ki, Mehrəlibəyli 30 tir 1404-cü il tarixində Culfa şəhərində Etelaat əməkdaşları tərəfindən saxlanılaraq Təbriz İstintaq Təcridxanasına aparılmışdı. O, burada 10 gün müddətində saxlanıldıqdan sonra Culfa həbsxanasına köçürülmüşdü.

Onun daha əvvəl, 5 xordad 1403-cü ildə də eyni prokurorluqda istintaqa cəlb edildiyi qeyd olunur.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …