Şənbə , İyun 6 2026
azfa

Vahid Əbhərinin müvəqqəti azadlığa buraxılması üçün girov yeni ittihamla ağırlaşdırılıb

GADTB: Azərbaycanlı milli-siyasi fəal Vahid Əbhəriyə qarşı Təbriz Ümumi və İnqilab Prokurorluğunun 3-cü istintaq şöbəsində yeni ittiham irəli sürülərək, onun barəsində seçilmiş girov ağırlaşdırılıb.

Bundan əvvəl, 1404-cü ilin 3 azər tarixində SEPAH-ın kəşfiyyat qüvvələri tərəfindən saxlanılan Əbhəri həmin təhlükəsizlik qurumunun təcridxanasında bir müddət təkadamlıq kamerada saxlanıldıqdan və daha sonra Təbriz həbsxanasına köçürüldükdən sonra “rejim əleyhinə təbliğat” ittihamı ilə 2 milyard rial məbləğində girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

O, bu gün – şənbə günü çağırış vərəqəsi aldıqdan sonra Təbriz Ümumi və İnqilab Prokurorluğunun 3-cü istintaq şöbəsinə çağırılıb. İstintaq hakimi iclas zamanı ona “ictimai rəyi çaşdırmaq” ittihamını elan edib və barəsində əvvəllər müəyyən edilmiş 2 milyard riallıq girov məbləğini 4 milyard riala qaldırıb.

Həmçinin yoxlayın

Azərbaycanlı vəkil Məhəmməd Təriqətə qarşı yeni ittiham aktı hazırlandı

GADTB: Üskü şəhərinin Ümumi və İnqilab Prokurorluğunun prokurorluq şöbəsi vəkil və Vəkillər Kollegiyasının üzvü Məhəmməd …

MEDIA CNN-dən Azərbaycandan üzr istəməyi tələb edir

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDIA) CNN telekanalından Azərbaycanın guya İsrailin İrana qarşı hərbi əməliyyatlarında …