GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Van gölündə suyun azalması nəticəsində Səlcuqlar dövrünə aid məzar daşları tapılıb.
Türkiyə mətbuatının məlumatına görə, Van vilayətinin Gevaş rayonu ərazisində gölün sahilindən Səlcuqlar dövrünə aid 35 məzar daşı Van Muzey İdarəsinin mütəxəssisləri tərəfindən sudan çıxarılıb.
Yazıları və ənənəvi motivləri ilə diqqət çəkən iki metr hündürlüyündə olan tarixi məzar daşları muzeyə aparılıb. Mühafizə altında olan məzar daşları təmizləndikdən sonra yenidən Səlcuqlu qəbiristanlığına qoyulacaq.
Araşdırmalar nəticəsində məlum olub ki, daşlar 1930-40-cı illərdə buraya gətirilərək körpü tikintisində istifadə edilib.