Çərşənbə , Avqust 12 2026
azfa

Vens: İran daxilindəki fikir ayrılıqları Tehranla danışıqları çətinləşdirir

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, İranla razılaşmanın əldə olunması istiqamətində aparılan danışıqlar “mürəkkəb və çətin” olacaq və bunun üçün vaxt tələb olunur.

40 günlük müharibədən sonra ABŞ nümayəndə heyətinin İranla danışıqlarına rəhbərlik edən Vens Fox News telekanalına müsahibəsində deyib ki, “İran rısmiləri danışıqlarda olduqca çətin tərəfdaşdır” və “onların hakimiyyət strukturu daxilində parçalanma mövcuddur”.

İran rəsmiləri ilə aparılan danışıqlara toxunan Vens bildirib:

“Bizim vəzifəmiz bu mürəkkəb vəziyyətdən çıxaraq Amerika xalqı və ABŞ Prezidenti üçün ən yaxşı nəticəni əldə etməkdir. Mən inanıram ki, sonda müəyyən nəticəyə çatacağıq, lakin bu yol mürəkkəb olacaq və zaman aparacaq.”

O əlavə edib: “Sonda, gördüyünüz kimi, neftin qiyməti bu gün təxminən 79 dollar idi. Bu qiymətlər enəcək və aşağı səviyyədə qalacaq. İran heç vaxt nüvə silahına sahib olmayacaq və ABŞ daha güclü mövqedə olacaq.”

Donald Trampın müavini bildirib: “Hazırda bu prosesin ortasındayıq və düşünürəm ki, bəzi insanlar artıq indidən yekun nəticə barədə hökm verməyə çalışırlar.”

Vens eyni zamanda amerikalıların danışıqların ləng getməsindən narahat olmasını başa düşdüyünü qeyd edərək deyib: “Bəzən bir addım irəli gedirsən, iki addım geri çəkilirsən, sonra üç addım irəli atırsan və yenidən bir addım geri qayıdırsan.”

Vensin açıqlamaları İranın ABŞ ilə hər hansı birbaşa danışıqlar apardığını təkzib etdiyi bir vaxta təsadüf edir. Tehran hazırda yalnız Oman vasitəsilə Hörmüz boğazının vəziyyəti ilə bağlı mümkün razılaşma istiqamətində məsləhətləşmələr apardığını bildirir.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi daha əvvəl açıqlamışdı ki, Tehran hələ İran və ABŞ arasında əldə olunmuş anlaşmanın icrasını davam etdirib-etdirməmək barədə yekun qərar verməyib.

ABŞ Prezidenti Donald Tramp isə Las-Veqasda etdiyi çıxış zamanı İranla razılaşmaya üstünlük verdiyini bildirərək, insanların həlak olmasını istəmədiyini vurğulayıb.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …