Şənbə , Aprel 19 2025
azfa

Washington Times: “Tramp İranı cilovlamaq üçün ərəb ölkələrinin birliyinə çalışır”

GADTB: “Washington Times” qəzeti xəbər verir ki, ABŞ-nin bəzi keçmiş təhlükəsizlik rəsmiləri hesab edirlər ki, Donald Trampın İranı cilovlamaq üçün ərəb ölkələrini ABŞ və İsraillə birləşdirmək üçün tarixi fürsəti var.

Məlumata görə, CENTCOM-un keçmiş komandan müavini Robert Harvard İsrailin İrana hücumlarını, Bəşar Əsəd rejiminin süqutunu əsas gətirərək Tramp administrasiyasının bu regional dəyişikliklərdən yararlanmalı olduğunu deyib. Onun sözlərinə görə, “ABŞ-nin xarici siyasətini regional müttəfiqləri – BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya və digərləri ilə uyğunlaşdırmaq və İranı cilovlamaq imkanı var”.

Qəzet qeyd edib ki, bəzi ərəb ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı ABŞ-la İrana qarşı həlledici maneə yarada biləcək rəsmi müdafiə sazişi əldə etməyə çalışır. / Azad İran

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …