Şənbə , İyul 18 2026
azfa

WSJ: “ABŞ Çindən İrana gedən hərbi yükləri ələ keçirib”

GADTB: “The Wall Street Journal” qəzetinin yazdığına görə, ABŞ xüsusi əməliyyat qüvvələri ötən ay Hind okeanında bir gəmiyə basqın edərək Çindən İrana göndərilən ikili təyinatlı hərbi yükləri ələ keçirib və məhv edib.

Məlumata əsasən, əməliyyat Şri-Lanka sahillərindən bir neçə yüz mil aralıda həyata keçirilib. Yük müsadirə olunduqdan sonra gəminin yoluna davam etməsinə icazə verilib. ABŞ rəsmiləri bildiriblər ki, bu nadir əməliyyat İranın hərbi imkanlarını, xüsusilə də raket proqramını gücləndirməsinin qarşısını almaq məqsədi daşıyıb.

Amerika tərəfinin açıqlamasına görə, əməliyyatdan əvvəl yük kəşfiyyat vasitəsilə izlənilib və məlumatlar onun İranda raket proqramı üçün komponentlər tədarük edən şirkətlərə çatdırılacağını göstərib. Gəminin adı və sahibinə dair məlumatlar açıqlanmayıb./ Azad İran

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi milli fəallar barədə ailələrinə məlumat vermir

GADTB: bir müddət öncə Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən azərbaycanlı milli fəallar Siyamək …

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …