Cümə axşamı , Aprel 24 2025
azfa

Xəzər geri çəkilməsi sürətlənib- Video

GADTB: Son aylar Xəzər dənizinin suyunun Astara rayonu sahillərində geri çəkilməsi daha da aydın görünür.

Dəniz suyunun çəkilməsi daha çox Şimali Azərbaycanın Astara şəhərinin “Bulvar” kompleksi ərazisində müşahidə olunur.

Ekoloqlar bildiriblər ki, Xəzər dənizində son yüzillikdə ən aşağı səviyyə 29 metr olmaqla 1977-ci ildə müşahidə edilib. Maksimal səviyyə 1995-ci ildə müşahidə edilib. 1995-ci ildən bu günə qədər Xəzər dənizinin səviyyəsinin düşməsi davam edir.

Sakinlər isə deyir ki, suyun geri çəkilməsi dənizin 150 metrliyində kiçik adaların yaranmasına səbəb olub, eləcə də dənizdə canlı aləmə də öz təsirini göstərib.

Qeyd edək ki, dəniz suyunun geri çəkilməsi, həyətyanı sahələrdə olan quyulara da öz təsirini göstərir. Quyularda su azalır.

Həmçinin yoxlayın

Rubio: “İranın uranı zənginləşdirmək icazəsi olmayacaq”

Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib ki, İran dinc nüvə proqramına malik ola …

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …