Çərşənbə , Avqust 26 2026
azfa

Xələc türk dili və mədəniyyətinin tədqiqatçısı Aliəsğər Cəmarasinin vəfat edib

GADTB: Xələc türk dili və mədəniyyəti üzrə tanınmış yazıçı və tədqiqatçı Aliəsğər Cəmarasi 61 yaşında vəfat edib.

Aliəsğər Cəmarasi Xələc türklərinin dili və mədəni irsi sahəsində bir neçə kitabın müəllifi olub və təxminən üç onillik ömrünü Xələc türklərinin dil və mədəniyyət elementlərinin toplanmasına, qorunmasına və araşdırılmasına həsr edib.

Onun əsas əsərləri sırasında “Xələclər – qədim türklərin yadigarı”, “Qarşubalığa salam”, “Xələc–fars lüğəti”, “Xələc dilinə əlvida (Xələc türkcəsində danışıq və yazı)”, “Gül Sənubər (hekayə)”, “Tülkü matalı”, “Fərahan xələc­lərincə matallar və əfsanələr”, “Aştiyan və Xələcistan xələc­lərincə matallar və əfsanələr”, “Xələc dilində Molla Nəsrəddinin məzəli sözləri”, “Xəyal Balığı (xəyali şəhər)”, “Xələc türkcəsində müdriklərin hikmətli sözləri” və “Xələc ordusu (tarix boyu Xələc tayfalarının məskunlaşması)” xüsusi yer tutur.

Aliəsğər Cəmarasi İranın Mərkəzi ostanında, Tefreş rayonuna bağlı və Xələc türklərinin yaşadığı Telxab kəndində anadan olub. O, siyasi elmlər və islami biliklər ixtisası üzrə magistr dərəcəsinə malik idi və uzun illər boyunca Xələc türklərinin dil və mədəni irsinin qorunması, tədqiqi və yazıya alınması istiqamətində fəaliyyət göstərib.

Onun vəfatı Xələc türklərinin mədəni və elmi camiəsi üçün böyük itki kimi qiymətləndirilir.

Həmçinin yoxlayın

Benyamin Netanyahu: “Vəhşi” İran rəhbərləri ilə diplomatik razılaşma əldə etmək mümkün deyil

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Əsgər Əkbərzadə” Ərdəbil Fatimi xəstəxanasına köçürülüb; azərbaycanlı fəalın səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə, çərşənbə axşamı axşam saatlarında davam edən …