Şənbə , Oktyabr 17 2026
azfa

Xəyavda rejimin məhkəmə işçiləri İbrahim Rəşidinin məhkəmə işinin gedişi barədə xəbər yaymamağı tələb ediblər

GADTB: Xəyavda rejimin məhkəmə işçiləri İbrahim Rəşidinin ailəsindən onun məhkəmə işinin gedişi barədə xəbər yaymamağı tələb ediblər.

Xiyav (Meşqin Şəhr) şəhərinin ədliyyə məsulları jurnalist və azərbaycanlı fəal İbrahim Rəşidinin müraciətindən sonra onlara övladlarının məhkəmə işinin hələ də yekunlaşmaması ilə bağlı məlumat veriblər.

Vasilehinlərin dediyinə görə, Xəyav (Meşqin Şəhr) Baş və İnqilab Prokurorluğunun məsul şəxsləri cənab Rəşidinin ailəsinə müraciət edərək, İbrahimin məhkəmə prosesi barədə  məlumat yaymamağı istəyiblər. Onla deyiblər ki, bu iş onun vəziyyətini daha da pisləşdirəcək.

İbrahim Rəşidinin zaminə buraxılması üçün 500 milyon tümənlik girov qərarlaşdırılırmiş. Lakin o etiraz etdikdən sonra İnqilab Məhkəməsinin təsdiqi ilə “ictimai rəyi əhrik etmək məqsədi ilə yalan yaymaq” ittihamı ilə 100 milyon tümən girov və “sistemə qarşı təbliğat” ittihamı ilə 100 milyon tümən girov yəni cəmi 200 milyon tümən girov müəyyənləşin. Lakin molla rejimi hələ prosesin başa çatmamasını bildirərək girov müqabilində fəalın zaminə buraxılmasına mane olub.

Qeyd edək ki, azərbaycanlı fəal və jurnalist ötən il dekabrın 30-da molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilərək Ərdəbildə rejimin ETTELAAT (Kəşfiyyat) İdarəsinin təcridxanasına köçürülmüşdü.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …