Cümə axşamı , Avqust 5 2021
azfa

Xamemei 25 illik müqavilə ilə İran adlanan yeri rəsmi şəkildə Çinin müstəmləkəsinə çevirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xamenei bu gün 25 illik müqavilə ilə rəsmi şəkildə İran adlanan yeri Çinin müstəmləkəsinə çevirib.

Müqavilənin imzalanması üçün Çinin xarici işlər naziri Vang Yi region martın 26-da iranlı həmkarı Məhəmməd Cavad Zərifin rəsmi dəvəti ilə Tehrana səfər edib.

İki gün davam edəcək səfərdə əsas məqsəd, müstəmləkəçilik xarakteri daşıyan İranla Çin arasında 25 illik birgə əməkdaşlığa dair “Hərtərəfli Əməkdaşlıq Sənədi”nin imzalanmasıdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə martın 26-da jurnalistlərə açıqlamasında deyib ki, Çinin xarici işlər naziri Vang Yi “iki ölkənin ortaq strateji maraqlarının gücləndirilməsi yollarını araşdırmaq, bir sıra beynəlxalq dəyişikliklər və reginal məsələlər barədə fikir mübadiləsi aparmaq, eləcə də İranla Çin arasında bir çox sahələri əhatə edəcək 25 illik hərtərəfli əməkdaşlıq sənədini imzalamaq üçün” Tehrana səfər edib.

Sənədin müstəmləkəçilik xarakteri daşıdığı üçün Ölkə daxilində və müxaliftdə olan qüvvələr həmin sənədin imzalanmasını yaxşı qarşılamayıb vəbunun rəsmi olaraq İranın Çinin müstəmləkəsinə çevrildiyini düşünürlər.

Həmçinin yoxlayın

Azərbaycanı talayan İran mədənçiləri Tikantəpənin yeganə əyləncə ərazisini dağıtdılar-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın İsfahandan olan fars mədənçiləri Güney Azərbaycanın Tikantəpə …

Livanda əhali İran molla rejiminin ölkədən rədd olmasını tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Livanda əhali Beyrut partlayışının ildönümündə İranın ölkələrindən çıxmasını …