Bazar ertəsi , İyun 17 2024
azfa

Xamenei özündən sonra mollalarını Azərbaycana qarşı Ermənistanı dəstəkləməyə göstəriş verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei 2-3 gün tarixi saxtalaşdırmaqla Azərbaycana qarşı Ermənistanı dəstəklədikdən sonra indi də bölgələrə təyin etdiyi mollacığazları Azərbaycana qarşı sərsəmləməyə göstəriş verib.

Xameneinin Təbrizə cümə imamı təyin etdiyi Seyid Məhəmməd Ali-Haşim Xameneinin göstərişi ilə deyib: “İslam Respublikası heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və planlara dözməyəcək”.

“Fars News” xəbər verir ki, Seyid Məhəmməd Ali-Haşim ötən gün Təbrizdə cümə namazı xütbələrində Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin danışıqları və dini rəhbər Xameneyi ilə görüşünə toxunaraq iddia edib: “Bu gün Amerika və Qərb əvvəlkindən daha da zəifləyib, böyük səylərinə baxmayaraq, bölgədəki siyasəti əhəmiyyətini itirib, ABŞ-ın regiondakı hegemonluğunun və onun siyasətlərinin qürub çağı başlayıb”.

İslam Respublikasının heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanması ilə nəticələnəcək siyasət və planlara boyun əyməyəcəyini vurğulayan din xadimi Xameneyinin sözlərini təkrarlayıb: “Əgər İranla Ermənistan arasında sərhədi bağlamaq siyasəti izlənilsə, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd bir neçə min illik əlaqə yoludur”.

Qeyd edək ki, irqçi fars rejimin başında dayanana Seyid Əli Xamenei ayağı çatdığı müsəlman ölkələrini böyük bəbdəxtçiliyə düçar edib. Suriya, İraq, Yəmən və Livan buna aydın sübutdur. Molla rejimi işğalçı Ermənistanı dəstəkləməklə Azərbaycanı da Suriya və Yəmən kimi qan çanağına çevirmək istəyir.

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …