Bazar ertəsi , İyun 17 2024
azfa

Xameneinin Ermənistanı Azərbaycana qarşı dəstəkləməsi Güney Azərbaycanda narazılıq doğurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın rəhbəri Əli Xameneinin Ermənistanı Azərbaycana qarşı dəstəkləməsi Güney Azərbaycanda narazılıq doğurub.

İran saytlarının Xameneinin tvitter paylaşımını yaydığı səhifələrin şərh bölümündə Güney Azərbaycandan olan sosial şəbəkə istifadəçiləri İran rəhbərini riyakarlıqda, həqiqətləri təhrif etməkdə günahlandırıblar.

Onlar Xameneinin “Qarabağın qayıtmasına sevinirik” ifadəsinə cavan olaraq yazıblar ki, Qarabağ qayıtmayıb, Qarabağ Azərbaycan Ordusu tərəfindən azad edilib.

Bir çox sosial media fəalı “Qarabağ öz-özünə qayıtmadı, Azərbaycan Ordusunun igidiyi, minlərlə şəhidin qanı bahasına geri qaytarıldı, azad edildi” -deyə, Xameneini saxtakar adlandırıblar.

Təbrizdən olan bir azərbaycanlı sosial şəbəkə istifadəçisi isə Xameneinin paylaşımına belə cavab yazıb: “Əlbəttə siz məcburi sevinirsiniz. 30 il boyunca Qarabağın azad edilməsinə heç bir yardım etmədiniz. Bunu edib hörmət qazana bilərdiniz. Ancaq İlham Əliyev və Ərdoğan bunu bacardıqları üçün bütün türklərin ürəyində yer elədilər”.

Çox sayda sosial şəbəkə istifadəçi Xameneinin tarixi faktları təhrif etmə cəhdi və Zəngəzurun Sovet İttifaqı tərəfindən Azərbaycandan alınıb Ermənistana verilmə faktını təhrif etməsini tənqid atəşinə tutublar. Sosial şəbəkə istifadəçiləri Xameneinin “Ancaq əgər İran-Ermənistan sərhəddinin bağlanması siyasəti olduğu halda İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur” ifadəsinin saxtakarlıq nümunəsi olduğunu qeyd ediblər. Onlar yazıblar ki, bir neçə on il bundan öncəyə qədər Ermənistan adlı dövlət olmayıb, həmin ərazilər Azərbaycana məxsus olub.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …