Bazar ertəsi , Noyabr 10 2025
azfa

Xameneinin nümayəndəsi Ocaqnejad Bakını tərk edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Azərbaycandakı səfirliyi Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaqnejadın Bakıdakı ofisinin bağlanmasına münasibət bildirib.

Molla rejiminin səfirliyindən BBC News Azərbaycancaya bildirilib ki, Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaqnejad bir aydır ki, Tehrandadır.

Səfirlikdən eyni zamanda qeyd olunub ki, sözügedən məscid və ofisin bir-birindən ayrı giriş-çıxışı var.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin oktyabrın 5-də yaydığı məlumata görə, günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Buna səbəb isə təhlillər nəticəsində şəhərin bir neçə yerində, həmçinin Hüseyniyyə məscidində son günlər COVID-19 virusuna yoluxanların sayının artmasıdır.

Həmçinin yoxlayın

Evin həbsxanası önündə aksiya – “Araz Aman”ın ailəsi də etirazçılara qoşuldu

GADTB: Artıq üçüncü gündür ki, Tahir Nəqəvi və Vədud Əsədinin ailə üzvləri və yaxınları, bu …

İki hindli “nüvə alimi” adı ilə İranı aldadıb milyonlar qazanıb

GADTB: İranda iki hindistanlı şəxs – Axtar Hüseyni Qutbuddin Əhməd və Adil Hussaini – özlərini …