Çərşənbə , Aprel 16 2025
azfa

Xameneinin nümayəndəsi molla Amuli Azərbaycana qarşı tədbir keçirib

GADTB: Əli Xaməeinin Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Amuli yanvarın 19-da Azərbaycan türklərinə qarşı təxribat məqsədilə “Dünya Müsəlman Azərilər Günü” adlı tədbir keçiriblər.

Mərasimə İran hökumətinin İslam adı altında Türkiyədəki muzdlusu, eyni zamanda anti-Azərbaycan fəaliyyəti aparan “Qüds TV”nin rəhbəri Nurəddin Şirin də iştirak edib. Bildirilib ki, Nurəddin Şirin Azərbaycana qarşı düşmənçiliyi ilə tanınan şəxsdir.

Bildirilib ki, mərasim “Din, Dil, Torpaq” başlığı ilə keçirilib. Teleqram kanalı toplantının keçirilməsi məqsədini sorğulayaraq yazıb: “Hansı din? Bazar və çörək ağacına çevirdiyiniz din? Hansı dil? Məktəblərdə qadağan edilib, uşaqlara zorla yad dil kimi öyrətdiyiniz türk dili? Hansı torpaq? Qarabağda Azərbaycan torpağını ermənilərə peşkəş çəkdiyiniz torpaq? Türk adından niyə qorxursunuz? Panfars sahiblərinizin narahatlığını nəzərə alırsınız?”.

Həmçinin yoxlayın

Təbrizdə öyrəncilər etiraza aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz Tibb Elmləri Universitetinin qarşısında öyrəncilər etiraz …

Molla rejimi salmaslı fəala 9 ildən çox həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Salmas şəhərindən olan …