Bazar , Dekabr 15 2024
azfa

Xameneinin Süleymaninin yerinə təyin etdiyi Qaani İsrailə casusluq ittihamı ilə dindirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xameneinin Süleymaninin yerinə təyin etdiyi İsmayıl Qaani İsrailə casusluq ittihamı ilə dindirilərkən infarkt keçirib.

“Sky News Arabia” İran mənbələrinə istinadən yazıb ki, SEPAH-ın Qüds qanadının komandanı İsmayıl Qaani infarkt keçirib və xəstəxanaya aparılıb.

Məlumata görə, bu, Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İsmayıl Qaaninin İsraillə əlaqəsi şübhəsi ilə bağlı aparılan istintaq çərçivəsində onun dindirilməsi zamanı baş verib.

Xəbər agentliyi qeyd edib ki, Qaani İsrailin Beyruta hücumlarında yaralanmayıb və hazırda İranın ali rəhbəri Əli Xameneyinin yaxın adamlarının nəzarəti altındadır.

Bundan öncə Qaaninin İsrailin hücumunda öldüyü söylənirlirdi.

Həmçinin yoxlayın

Türkiyənin Suriyadakı səfirliyi açıldı

GADTB: Türkiyənin Suriyadakı səfirliyi 12 il 9 aya yaxın müddətdən sonra rəsmən fəaliyyətini bərpa edib. …

İranın zəifləməsinin açarı Türkiyədir

GADTB:  “Türkiyə İranın zəiflədilməsi və Ukraynadakı müharibənin başa çatdırılması üçün açardır”. Bunu ABŞ-ın BMT-dəki keçmiş …