Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Xameneyinin müşaviri: “Zəngəzur dəhlizinin açılmasını əngəlləyən məhz İran oldu”

GADTB: İranın ali rəhbəri Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti iddia edib ki, “o vaxt bəzi dövlətlər Zəngəzur dəhlizi adı altında Naxçıvanla Azərbaycanı Ermənistan üzərindən birləşdirməyə cəhd edirdilər. Onun sözlərinə görə, guya “bu plan əslində Ermənistanı parçalamaq, İranla Avropa arasında əlaqəni kəsmək məqsədi daşıyırdı”.

“Keçmiş ABŞ prezidenti Co Baydenin özünün etiraf etdiyi kimi, bu dəhlizin açılması üçün hər şey hazır idi, ancaq İran onun həyata keçirilməsinə imkan vermədi. Bu sözlər ona dəlalət edir ki, Tehran Rusiyanın dəstəyi olmadan belə, “müdrik siyasət” sayəsində Qafqazın təhlükəsizliyini təmin edə, NATO-nun bölgəyə nüfuz etməsinə mane ola bilib”, – deyə, Vilayəti bildirib.

Onun cəfəng sözlərinə görə, “düşmənlərin Zəngəzur layihəsi ilə son məqsədi İranı şimaldan təcrid etmək, cənubdan isə Rusiyanı mühasirəyə almaq idi, ancaq bu plan də uğursuzluğa düçar oldu”. / Azad İran

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …