Cümə axşamı , Sentyabr 17 2026
azfa

Xameneyinin ölümü ABŞ və İsrail üçün molla rejimini dəyişmək imkanı yarada bilər

GADTB: “Jerusalem Post” qəzeti yazır ki, İranın ali rəhbəri Əli Xameneyinin ölümündən sonra ölkədə yaranacaq siyasi qeyri-sabitlik ABŞ və İsrail üçün rejimi dəyişmək baxımından nadir fürsət ola bilər.

Qəzetin analitik qeydində bildirilir ki, Xameneyinin ölümündən sonra onun varisinin müəyyənləşdirilməsi prosesində hakimiyyət daxilində dərin parçalanma və xaos yarana bilər.

Bu vəziyyətdə Amerika və İsrail “bacarıq və incəliklə” İslam Respublikasına qarşı daha ciddi strategiya həyata keçirə bilər.

“Xameneyinin öldürülməsi və ya həbs edilməsi rejimin süqutuna səbəb olmaz, əksinə, İranda reaksiyaları gücləndirərək vəziyyəti daha da gərginləşdirə bilər. Yalnız Xameneyinin öz əcəli ilə vəfat etməsi nəticəsində hakimiyyət daxilindəki rəqib qruplar arasında mübarizə kortəbii alovlana bilər”, – deyə, qəzet vurğulayıb.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …