Cümə , Oktyabr 2 2026
azfa

Xamneini tənqid etdiyi üçün terrorçu Sepahın öldürdüyü azərbaycanl gəncin videosu yayıldı-Video

​​​​​​​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu yaxınlarda Xamneini tənqid etdiyi üçün Sepah terror təşkilatı tərəfindən öldürülən Güney Azərbaycanın Zəngan bölgəsindən olan Hüseyn Kəbutərinin videosu yayılıb.

Yayılan videoda Hüseyn Kəbutəri dini lider Əli Xamenei və rejmin təhlükəsizlik orqanlarını tənqid edərək Azərbaycan türkcəsində deyir: “Bəsdir, xalqın yaxasını burax, ölkə sənin dədə malın deyil…”.

Azərbaycanlı gənc Xamneyni  qatil, cinayətkar, rüşvətxor və əclaf adlandırıb deyir: “Bir gün donuz kimi xalqın ayaqlarının altında qalıb və cavab verməli olacaqsan”.

Qeyd edək ki, İranın terrorçu Sepah qüvvələri azərbaycanlı gənci dediyi haqq sözə görə öldürüblər. Lakin kiminsə ölkə hakimiyyətini tənqid edirsə  onun cinayət törətdiyini fərz etmək, onu məhkəməsiz öldürməyə əsas vermir. Bu yalnız Sepah kimi terrorçu qüvvələr tərəfindən baş verə bilər.

Həmçinin yoxlayın

Molla rejimi bəluçları qətliam etmək üçün yetişdirdiyi yüzlərlə Fatimiyyun terror dəstəsini Bəluçistana yerləşdirib

GADTB: Yerli mənbələrin məlumatına görə, son həftələr ərzində İranın Bəluçistan bölgəsindəki bazalarda və yaşayış məntəqələrində …

İraq İranın dəstəklədiyi terrorçu qrupların tərksilahı üçün yeni son tarix müəyyənləşdirib

GADTB: İraqın baş naziri ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın bu ölkədəki missiyasının başa çatmasından bir …