GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xamneinin ABŞ-ın sanksiyaları qarşısında məğlub olmasını göstərən imam Həsənin barış taktikasını bəyənməsinə dair twittindən sonra rejimin rəsmiləri ABŞ və BMT-yə müzakirələrə hazır olmaları ilə bağlı mesajlar göndəriblər.
Molla rejiminin xarici işlər naziri Zərif twitter hesabında BMT-yə müraciət edərək nüvə müqaviləsini bərpa etmək məqsədilə hər bir səviyyədə müzakirərə hazır olduqlarını bildirib. O BMT-nin baş katibindən istəyib ki, ABŞ-ı yola gtətirsin.
Üstəlik İran rejiminin rəsmi nümayəndəsi Əli Rabii ABŞ-a müraciət edərək İranın ABŞ-la ilkin şərt olmadan məhbusların mübadiləsini müzakirəyə hazır olduğunu bildirib.
“Biz bəyan etmişik ki, ilkin şərt olmadan bütün məhbusların mübadiləsi ilə bağlı ABŞ-la danışıqlara hazırıq. Hələlik amerikalılar buna cavab verməyib”, – deyə o bildirib.