GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azərbaycanlı tələbələrlə bağlı bir neçə dərnək və qurum tərəfindən Azərbaycan dövlətinə müraciət edilib.
Həmin müraciətin mətnini təqdim edirik:
“Son illərdə Azərbaycan universitetlərində təhsil alan güney azərbaycanlı tələbələrin bir çoxunun təhsillərini yarımçıq qoyaraq geri döndüklərini üzüntü ilə izləyirik. Bu problemin əsas səbəbi İranda iqtisadi vəziyyətin pisləşməsi və İran valyutasının dəyər itirməsidir. Güney azərbaycanlılar üçün Azərbaycan universitetlərində mədəniyyət sahələrində təhsil almaq həyati əhəmiyyət kəsb edir. Dünya azərbaycanlılarının ortaq mədəniyyəti ilə bağlı təhsil yalnız Azərbaycan Respubkilasında institutlaşdırılmışdır.
Güney azərbaycanlılar üçün Azərbaycan univetsitetlərində təhsil almaq sadəcə öyrənmək məqsədli deyil, həm də mədəniyyətimizi qorumaq üçündür. Nəzərə alsaq ki, güney azərbaycanlılar yaşadıqları ölkədə öz dil, musiqi, tarix və ədəbiyyatları haqqında akademik təhsil almaq imkanları yoxdur, bu məsələnin necə həyati əhəmiyyət kəsb etdiyi daha da aydın olacaq. Bu vəziyyətdə, Azərbaycan Respublikasından gözlənilən addım güney azərbaycanlı tələbələr üçün Azərbaycan universitetlərində təhsil almaq şəraitini yüngülləşdirməkdir.
Uğurlu diaspora fəaliyyəti, ancaq dünya azərbaycanlılarının birgə fəaliyyəti ilə mümkündür. Şübhəsiz, bu problemin həmrəylik ruhuna uyğun olaraq həlli dünya azərbaycanlılarının diaspora fəaliyyətinə də müsbət təsir göstərəcəkdir. Bildiyiniz kimi diasporada yaşayan azərbaycanlıların böyük əksəriyyəti güney azərbaycanlılardır. Sadəcə son illərdə xaricdə yaşayan azərbaycanlıların fəaliyyətlərinə nəzər yetirsək güney azərbaycanlıların diasporadakı rolunun əhəmiyyəti daha aydın görünər. Azərbaycan Respubkilasında təhsil alan tələbələrin problemlərinin həlsiz qalması diasporadakı həmrəylik ruhuna mənfi təsir göstərə bilər.
Bütün bu məsələləri nəzərə alaraq, xaricdə fəaliyyət göstərən assosiasiyalar və dərnəklər olaraq Azərbaycan Dövlətinə təklif edirik ki, Azərbaycan mədəniyyəti, dil və ədəbiyyat sahələrində təhsili başqa sahələrdə olan təhsildən fərqləndirsin. Bu sahələrdə təhsili mədəniyyətimizin təbliğatı və qorunması çərçivəsində dəyərləndirərək xaricdən Azərbaycan Respublikasına üz tutan azərbaycanlı tələbələri təhsil haqqından azad etsin. Bir çox ölkədə xaricdəki həmvətənlər üçün bənzər təhsil proqramları mövcuddur. Azərbaycan dövlətindən istəyimiz də uyğun proqram çərçivəsində musiqi, dil, ədəbiyyat, tarix kimi sahələrdə Azərbaycan Respublikasının vətəndaşı olmayan azərbaycanlı tələbələrə təhsil şəraiti yaratmaqdır. Bununla da Azərbaycan mədəniyyətini keyfiyyətli şəkildə təmsil edən həmvətənlərimizin sayını artırmış və diasporada həmrəylik ruhunun daha da möhkəmlənməsinə nail ola bilərik”.
YAŞASIN AZƏRBAYCAN!
1) Adana Azerbaycan İş ve Meslek Sahibi Kadınlar Derneği, Türkiye
2) Antalya Azerbaycan Kültür Dayanışma Derneği, Türkiye
3) Azerbaijan Cultural Society of Northern California, CA, USA
4) Azerbaijani Association of New York, NY, USA
5) Azerbaijani Community in Washington D.C., USA
6) Azerbaijani Society in Portland, Oregon, USA
7) Azerbaijani Society of Australia, Melbourne, Australia
8) Azerbaijani Union (American Azerbaijanis Union Inc), California, USA
9) Azerbaijani-American Cultural Association at the UW, Washington, USA
10) Azerbaycan Kadınları Kültür Merkezi Derneği, İzmir, Türkiye
11) Azərbaycan Demokratiya Ocağı, İsveç
12) Azer Turk Association Yorkshire (ATAY), Leeds, UK
13) Azərbaycan kültür dərnəyi Qarabağ, Stockholm, İsveç
14) Azərbaycan Kültür Ocağı, Berlin, Almaniya
15) Azərbaycan Musiqi Dərnəyi, İsveç
16) “Babək” Azərbaycan Kurslar Dərnəyi, İsveç
17) Batı Yötaland Azərbaycan Evi Birliyi, İsveç
18) Bütöv Azərbaycan Təşkilatı, İsveç
19) Çağdaş Azerbaycan Kültür Derneği, İzmir, Türkiye
20) Edirne Azerbaycan Evi Derneği, Türkiye
21) Eskişehir Azerbaycanlılar Derneği, Eskişehir, Türkiye
22) Federation of Azerbaijani Americans (FAA), New Jersey, USA
23) Hatay Azerbaycan Evi Derneği, Hatay, Türkiye
24) ISTAD Istanbul Türkiye Azerbaycan Dayanışma ve Kütür Derneği, Türkiye
25) İstanbul Azerbaycan Dostluk Dernegi, Türkiye
26) İstanbul Azerbaycan Kültür Evi Derneği, Türkiye
27) İstanbul Üniversitesi Azerbaycan Kültür ve Dayanışma Topluluğu, Türkiye
28) İsveç Azərbaycan Federasiyası(AFI), İsveç
29) İzmir Azerbaycan Kültür ve Dayanışma Derneği, Türkiye
30) Kahramanmaraş Azerbaycan Tehsil Medeniyyet ve Hemreylik Derneği, Türkiye
31) Kars Azerbaycan Evi Derneği, Türkiye
32) Kocaeli Azerbaycan Haydar Aliyev Kültür Evi Derneği, Kocaeli, Türkiye
33) Kocaeli Derince Azerbaycan Evi Derneği, Türkiye
34) Körfez Azerbaycan Kültür ve Spor Kulübü Derneği, Türkiye
35) London Azerbaijani Community, England
36) Manisa Azərbaycan Kültür ve Dayanışma Derneği, Türkiye
37) Sarvan Dərnəyi, Stockholm, İsveç
38) Stockholm Azərbaycan Evi, İsveç
39) “Tomris” Azərbaycan Qadınlar Dərnəyi, İsveç
40) Xarı Bülbül Dərnəyi, Stockholm, İsveç
41) 20 Yanvar Azərbaycan Kültür Dərnəyi, İsveç