Xark adası ətrafındakı suların çirklənməsi təsdiqləndi

GADTB: Xark adası ətrafındakı suların çirklənməsi ilə bağlı İran rəsmilərinin bir neçə təkzibindən sonra, İran Ətraf Mühitin Mühafizəsi Təşkilatı nəhayət çirklənmənin baş verdiyini təsdiqləyib.

Qurumun yaydığı açıqlamaya görə, çirklənmənin səbəbi “bir neft tankerindən ballast suyunun sızması” olub. Ballast suyu böyük gəmilər və neft tankerlərinin tarazlığını və dayanıqlığını qorumaq üçün xüsusi anbarlarda saxladıqları sudur. Bu suyun dənizə sızması ciddi ekoloji çirklənməyə səbəb ola bilər.

Rəsmi təsdiq bundan əvvəl İran Neft Terminalları Şirkətinin rəhbərinin Xark bölgəsində hər hansı çirklənmə olduğunu tamamilə inkar etməsindən sonra yayımlanıb. Həmin rəsmilər bu barədə yayılan xəbərləri “əsassız” adlandırmışdılar.

Xark adası İranın ən mühüm neft ixrac terminalı hesab olunur və ölkənin enerji ixracında strateji rol oynayır. Bu səbəbdən ada ətrafındakı sularda baş verən ekoloji çirklənmənin həm Fars körfəzinin ekosisteminə, həm də bölgədəki dəniz fəaliyyətlərinə ciddi təsir göstərə biləcəyi bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi bütün öhdəliklərini ABŞ ilə imzalanmış memorandum çərçivəsində dayandırdığını açıqlayıb

GADTB: İran xarici işlər nazirinin müavini ABŞ-ı İranla imzalanmış memorandum üzrə öhdəliklərini pozmaqda ittiham edərək …

İranın hücumları müharibə cinayətidir

GADTB: Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd Əl-Bədəvi İranın Bəhreyn, Küveyt və İordaniyada …