Şənbə , Fevral 15 2025
azfa

Xiyavda azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə şüarlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xiyav şəhərində azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə şüarlar yazılıb.

Xiyavda azərbaycanlı milli-mədəni fəallar “Azərbaycan məhbuslarının sağlıq durumu bizim qırmızı xəttimizdir” şüarı ilə rejimin Ərdəbildəki zindanının rəisi, məhkəmə və ETTELAAT məmurlarının koronaya yoluxdurduğu azərbaycanlı siyasi məhbusların sağlıq durumu ilə bağlı yalan açıqlamalarına etiraz olaraq şəhərin müxtəlif yerlərində yazılı şüarlar yapışdırıblar.

Şüarla Güney Azərbaycanın milli-mədəni və siyasi məhbuslarının sağlıq durumu qırmızı xətt kimi elan edilib.

Qeyd edək ki, irqçi fars rejim və onun mediası koronavirus xəstəliyinə yoluxdurduğu azərbaycanlı siyasi məhbusların vəziyyətinin ağır olmasını danmaqla, onları qəsdən öldürməyə çalışır.

Rejimin Ərdəbbildə yerləşən zindanında koronavirus xəstəliyi geniş yayıldığı üçün azərbaycanlı siyasi məhbusların həyatı təhlükəyə düşüb. Artıq Abbas Lisani, Yusif Kari, Əli Vasiqi və s. azərbaycanlı siyasi məhbuslar koronavirus xəstəliyinə yoluxublar. Xüsusilə Abbas Lisaninin vəziyyətinin ağır olduğu bildirilir.

Yusif Kari və Əli Vasiqi ailə üzvləri ilə telefon əlaqəsi zamani Abbas Lisaninin vəziyyətinin ağır olduğunu, tənəffüs problemi yarandığını bildiriblər.

Həmçinin həkimlərin zindanda imkanların az olması səbəbindən həmin məhbusların zindan xaricində xəstəxanada müalicə alma zərurətini bildirməsinə baxmayaraq, zindan rəhbərliyinin buna imkan vermədiyi qeyd edilir.

Belə vəziyyətdə isə rejimin rəsmiləri və mətbuatı acınacaqlı vəziyyətin olmasını inkar etməyə və azərbaycanlı məhbusların həyatını itirməsinə şərait yaratdığı müşahidə edilir. 8 dekabr tarixində rejimin “Cumhuriye İslami” Xəbər Agentliyi, “Gənc Jurnalistlər Klubu”, həmin quruma bağlı olan “Cavan” xəbər saytı və İranın ETTELAAT və terrorçu Sepahına bağlı başqa xəbər saytları Ərdəbil zindanında koronovirus infeksiyasının yayılmasını inkar ediblər.

Rejimin həmin media qurumları rejimin Ərdəbildəki zindanının rəisi Seyid Müctəba Seyid Hüseyninin məqsədli şəkildə yalan açıqlamasını yayıblar.

Seyid Müctəba Seyid Hüseyni məhkumların sağlıq durumu ilə bağlı xəbərləri təkzib edərk, deyib: “İndiyə qədər Ərdəbil əyalətinin həbsxanalarında koronavirus xəstəliyinə yoluxma halları müşahidə edilməyib və bu barədə yayılan xəbərlər yalnışdır”.

Beləliklə, irqçi fars rejim məqsədli şəkildə azərbaycanlı siyasi məhbusların sonuna çıxmaq istəyir.

Həmçinin yoxlayın

Təbrizdə şirniyyat daşıyan sürücülər tətil keçiriblər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz şəhərində “Şirin Əsəl” Qida Sənaye Qrupunun …

İraqda Türk dili rəsmi yazışmalarda üçüncü dil kimi qəbul edildi

GADTB: İraq Konstitusiyasına əsasən, Kərkük, Mosul, Ərbil, Səlahəddin və Süleymaniyyə şəhərlərində Türk dilinin rəsmi dil …

Bir cavab yazın