Cümə axşamı , May 9 2024
azfa

Xiyavda molla rejimin həbs etdiyi azərbaycanlı fəala azadlıq tələbilə posterlər yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Xiyav şəhərində molla rejimin həbs etdiyi azərbaycanlı fəala azadlıq tələbilə posterlər yayılıb.

Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı azərbaycanlı fəal və sənətçi Murtaza Pərvinin rejimin ETTELAAT qüvvələri tərəfindən həbsinə etiraz və aclıq aksiyasına dəstək məqsədilə Xiyav (Meşkinşəhr) şəhərində etiraz vərəqələri paylayıblar.

Şəhərin ictimai yerlərində divarlara yapışdırılan və yayılan vərəqələrdə yazılıb:

“Murtaza Pərvini azad edin!” və “Murtaza Pərvin 5 güdür ki, Evin zindanında aclıq aksiyası keçirir!”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Murtəza Pərvini həbs etməyə cəhd etmişdi. Bu məqsədlə molla rejiminin məmurları oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparmışdılar.

Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.

İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları ondan neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.

Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina edib. Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …