Şənbə , Sentyabr 19 2026
azfa

Xocalı soyqırımının anım mərasiminə divan tutan molla rejimi Qəzzada ölən ermənilərə anım mərasimi təşkil etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dəfələrlə Təbrizdə əhalinin Xocalı soyqırımı ilə bağlı keçirdikləri anım mərasiminə divan tutan molla rejimi Qəzzada ölən bir neçə ermənilərə anım mərasimi təşkil edib.

Təbrizdə molla rejimin terror təşkilatı olan Sepah-ın Aşura Korpusunun komandanı və İran ermənilərinin Yeparxiyasının arxiyepiskopunun iştirakı ilə Qəzzada öldürülən 18 erməninin ildönümü ilə bağlı anım mərasimi keçiriblər.

Nə üçün Təbrizdə Qarabağ müharibəsində şəhid olmuş azərbaycanlı şiə şəhidlərin xatirəsi anılmır?! Əhali isə anım mərasimi keçiriləndə molla rejimi ona divan tutur?!

Təbii ilə irqçi fars-molla rejimin erməniləri sırf Təbrizdə anması bu rejimin nə qədər rəzil və anti-Azərbaycan rejim olmasını bir daha açıq şəkildə sərgiləmiş olur. Bu yolla molla rejimi Azərbaycanın quzeyi ilə güneyi arasında ixtilaf yaratmağa çalışır.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …