Çərşənbə , Avqust 12 2026
azfa

Xoy şəhərində azərbaycanlı fəalın ildönümü mərasimi keçirildi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, 2018-ci il may ayının 5-də Güney Azərbaycanın Xoy şəhərində 4 il əvvəl dünyasını dəyişmiş milli-mədəni fəal Kərəm Dövdaninin ildönümü mərasimi keçirilib.

Keçirilən mərasimdə çox sayda azərbaycanlı fəalın iştirak edib. Kərəm Dövdaninin məzarı üstünə gül dəstələri qoyan milli-mədəni fəallar Azərbaycanın milli marşını oxuyaraq mərhumun əziz xatirəsini hörmətlə yad ediblər.

Qeyd edək ki, azərbaycanlı fəal Kərəm Dövdani 2014-cü ilin may ayında xərçəng xəstəliyindən dünyasını dəyişib. O, Urmiya gölünün xəritəsini Azərbaycan bayrağının rəngləri ilə qəbirinin üstünə həkk olunmasını vəsiyyət etmişdir. Mərhumun vəsiyyəti yerinə yetirilib, lakin qəbirin üstünə həkk olunan bayraqdan qorxuya düşən irqçi fars rejimin məmurları onu başqa bir qəbir daşı ilə dəyişiblər. İrqçi fars rejimin qüvvələri əxlaq normasına sığmayan hərəkəti sosial şəbəkələrdə geniş etirazlara səbəb olmuşdur.

Həmçinin yoxlayın

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla …

Molla rejimi azərbaycanlı fəal Milad Balsini məhkəməyə çağırdı

GADTB: Azərbaycanlı fəal «Milad Balsini»yə qarşı təzyiqlər davam edir. O, 18 mordad 1405-ci il tarixində …

Bir cavab yazın