Cümə axşamı , Aprel 25 2024
azfa

Xoy şəhərində azərbaycanlı siyasi məhbus Əkbər Nəimiyə azadlıq tələbilə posterləri yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Xoy şəhərində Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbsu Əkbər Nəimiyə azadlıq tələbilə onun posterləri divarlara yapışdırılıb.

Azərbaycanlı milli fəallar Əkbər Nəiminin şəkli əks olunan və ona azadlıq tələbini bildirən şuarlar yazılmış posterləri Xoy şəhərinin divarlarına yapışdırıblar.

Posterlərin üzərində “Biz vətən uğrunda çalışanlarımızı unutmayacağıq” və “Mühəndis Əkbər Nəimini azad edin” şuarlar yazılıb, həmçinin Əkbər Nəiminin “Millətimizin içində olub, yanında durub, sədaqətlə gələcəyə addımlamalıyıq” sözü əks etdirilmişdi.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycan uğrunda fəaliyyəti üçün “peşman olmadığı”ni bildirən Əkbər Nəimini ağır həbs cəzasına məhkum edib

Əkbər Nəimi ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığı və peşman olduğu barədə ərizə yazmadığı üçün ağır həbs cəzasından əlavə, başqa təzyiqlərə də məruz qalır. Artıq azərbaycanlı siyasi məhbus telefon danışığı hüququndan da məhrum edilib.

Əkbər Nəimi şərlənərək, “Qanunsuz qrupa üzv olmaq”, “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “Rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

İrqçi fars rejim Əkbər Nəimini sadəcə Azərbaycan uğrunda mədəni fəaliyyətlərinə görə 9 il 8 ay həbs cəzasına məhkum edib. Qərar rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın Evin zindanında həbs cəzasını çəkməkdədir.

Əkbər Nəimi həmçinin 2 il müddətinə xaric çıxması, eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına da qadağa qoyulub.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə rejimin məmurları tərəfindən həbs edilərək Tehranın Evin zindanına köçürülmüşdü.

Həmçinin yoxlayın

Molla rejimin Apellyasiya Məhkəməsində Peyman Kərimpur barədə qərarı təsdiqləyib

GADTB: İrqçi fars-molla rejimin Apellyasiya Məhkəməsi Təbrizdə yaşayan azərbaycanlı fəal Peyman Kərimpuru 2 il 5 …

Azərbaycan və Qırğızıstan Prezidentləri Ağdamda Pənahəli xanın sarayını ziyarət etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti …